Eşton Katçer Hollivud ulduzu Demi Mura qəzəbindən danışdı

Aktyor Eşton Katçer keçmiş həyat yoldaşı, aktrisa Demi Murun memurlarına görə ona qəzəbli olmasından və bunun ailə həyatına mənfi təsirindən danışıb.

Söhbət Murun 2019-cu ildə aktyorla həyatının bəzi təfərrüatlarını açıqladığı “Inside Out” adlı kitabından gedir.

“Mən həddindən artıq qəzəbli idim”, – deyə Kutçer kitab haqqında danışarkən bildirib.

Qeyd edək ki, Kutçer və onun hazırkı həyat yoldaşı aktrisa Mila Kunis evliliklərinə baxmayaraq uzun müddət təcrid hissini qoruyub saxlayıblar. Cütlük hətta 2015-ci ildə nikah mərasimlərinin baş tutmasına baxmayaraq, 2017-ci ilə qədər “qırmızı xalı”ya birgə çıxmamışdılar.

“Nəhayət, mətbuatın həqiqətən məni və Milanı, həyatımı və ailəmi tək buraxdığı qənaətinə gəlmişdim ki, ertəsi gün (paparasilər) mənim uşaqlarımın məktəbində göründülər”, – deyə Katçer həmin vaxt yaşadıqlarını danışıb.

Lakin aktyor söhbəti çox uzatmayıb və artıq heç bir narazılığının olmadığını vurğulayıb.

Mənbə: Esquere

Share: