Tayvandakı zəlzələnin amplitudası 7,2 olub: Sunami təhlükəsi var – YENİLƏNİB + VİDEO

Yaponiya Milli Meteorologiya İdarəsi məlumatına görə, Tayvanda baş vermiş zəlzələnin amplitudası 7,2 olub.

Adanın cənubunda baş verən zəlzələ paytaxt Taybeydəki bütün binaları silkələyib, zəlzələ hətta Çinin materik hissəsində də hiss olunub. Bir neçə dəqiqə ərzində sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Yujing bölgəsində, ocaq isə təxminən 10 km dərinlikdə yerləşib.

Yaponiyanın Okinava prefekturasındakı Miyakojima adasında da sunami xəbərdarlığı edilib. Dalğanın hündürlüyü təxminən 1 m ola bilər.

Hələlik itkilərlə bağlı məlumat verilməyib.

09:00

Tayvanın cənub-şərq sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, təbii fəlakətin episentri təxminən 1,5 milyon nəfər əhalisi olan Kaosyun şəhərindən 116 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat, dağıntılar və sunami təhlükəsi barədə məlumat yoxdur.

Mənbə: TASS

Share: