Şəhid Yusif Qurbanov torpağa tapşırıldı

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan və ötən gün hospitalda vəfat edən kiçik gizir Qurbanov Yusif Asif oğlu Goranboyda dəfn edilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki, Qurbanov Yusif 44 günlük Vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Şəhidimiz nişanlı olub.



Share: