“Tayvanda müharibə riski artacaq”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, cari onillikdə Tayvan üzərində silahlı münaqişə riski artacaq.

Müstəqil.Az  xəbər verir ki, o, bu barədə PBS telekanalına müsahibəsində deyib.

MKİ direktoru qeyd edib ki, Çin rəhbərliyi silahlı qüvvələri 2027-ci ilə qədər müharibəyə başlamağa hazırlayır.

“Ona görə də düşünürəm ki, bu onillikdə hərbi münaqişə riski artacaq”, – Börns bildirib.

Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin Çin onu ölkənin ayrılmaz hissəsi hesab edir və xarici ölkələri “vahid Çin” siyasətinə əməl etməyə çağırır. ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək ÇXR ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah verir. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-3-də adaya səfərindən sonra bölgədə gərginlik ciddi şəkildə artıb.

Müstəqil.Az

Share: