Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 21:41-də qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.


Share: