Hərbçilərimiz Türkiyədə daha bir təlimi uğurla başa vurdu

Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter”də məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, – paylaşımda qeyd olunub.

 


Share: