Tarantino super qəhrəman filmlərini hədəf aldı

Amerikalı rejissor Quentin Tarantino bu dəfə super qəhrəman filmlərini hədəf alıb.

Kulis.az xəbər verir ki, rejissor açıqlamasında belə filmlərdə rol alan aktyorların kino ulduzu olmadıqlarını bildirib:

“Bu aktyorların müəyyən rollar oynayaraq məşhur olması sadəcə olaraq Hollivudun möcüzələrindən biridir”.

Tarantino bu filmlərə nifrət etmədiyini də sözlərinə əlavə edib: “20 yaşım olanda bu filmlər çıxsa, çox xoşbəxt olardım”.

Share: