Bişkekdən “Təzadlar”a məktub

 

Nüsrət Məmmədov:” Fransada 900 yüz mindən artıq türk və 70 mindən artıq azərbaycanlı yaşayır. İkisinin cəmi bir milyona yaxın olan insanların arasından 200-300 nəfər tapmayıb, Senatın qarşısında  etiraz bildirməyə Hollandiyadan pul gücünə 15 nəfər gətirirlərsə, o Diaspora Komitəsi ləğv edilməlidir”
Redaksiyamızın elektron poçtuna Qığızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Tükdilli Dövlətlərin Siyasitinə Dəstək Fondunun prezidenti, dəyərli ziyalımız Nüsrət Məmmədov tərəfindən bir yazı daxil olub. Yazı 18 noyabr 2022-ci il tarixdə tezadlar.az saytında, mənim imzamla dərc olunmuş “Diasporumuzun Fransa rəzaləti- Fuad Muradovun Paris “rəqsi”” məqaləsindən təsirlənərək yazılıb. N.Məmmədov vətənini, dövlətini sevən  və onun prezidentini dəstəkləyən bir ziyalı kimi bu yazını alqışlayıraq, diasporamızdan narazılıq dolu əlavə fikirlərini bizimlə bölüşüb. Bundan əlavə, Nüsrət bəy Diaspora Komitəsinin iri bir avtobusla Xocalı tədbirində iştirak etmək üçün 40-a qədər soydaşımızı Hollandiyadan 2019-cu ildə Almaniyaya göndərilməsini əks etdirən video material da göndərib. Bu videoya baxanda adamı dəhşət götürür ki, yəni bunlar doğrudanmı azərbaycanlılardır? Təsəvvür edin, Xocalı faciəsini yad etməyə gedən  avtobusdakı  xanımlar elə qol götürüb oynayırlar ki, sanarsan ya bunlar ermənidir, ya da  hansısa toya gedirlər. Düzdür, kişilər oynamırlar, amma oynayanlara da mane olmurlar. Deməli, bu avtobusdakı kişilər də, onları Hollandiyadan yığıb Almaniyaya göndərilməsini təşkil edən Diaspora ilə iş üzrə Dövlət Komitəsinin hansısa məsul əməkdaşı da eyni ağılın daşıyıcılarıdırlar… Əlbəttə, nahaq yerə demirlər ki, balıq başdan iylənər. Komitənin sədri kimi Fuad Muradov təcrübəsiz və kosmopolit olduğundan faciələrimizi dərk edib, düşmənlərimizi tanımaq iqtidarında deyil. Bəlkə hələ ermənilərlə dostluq da edir… Xocalı faciəsində oynamaq üçün bir avtobus azərbaycanlı göndərən adamdan nə desən gözləmək olar. Elə ona görə də Franasa senatının qaşısında, noyabrın 15-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə guya etiraz bildirməyə gələn soydaşlarımız “Nə oldu Paşinyan” mahnısına şıdırğı rəqs edidiblər. Özü də olduqca maraqlıdır ki, 26/02/20 ildə Almaniyada Xocalı faciəsinə görə keçiriləcək mitinqinə gedərkən rəqs edənləri də, bu il noyabrın 17-də əleyhimizə qəbul edilən qətnaməyə etiraz etmək üçün Senatın qarşısındə qol götürüb oynayanları da Hollandiyadan yığıb gətiriblər. Xocalı faciəsinə gedənlərin avtobusda rəqsini, Fransada Senatın qarşısında qətnaməyə etiraz edənlərin qol götürb oynamalarını görəndən sonra adamda belə sual yaranır:- Bəlkə Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  rəqs müəllimi olub? Bu səbəbdən də diasporamızı inkişaf etdirmək, əcnəbiləri ələ alıb, xeyrimizə danışdırmaq üçün Avropanın mərkəzi olan Hollanduyada yaratdığı rəqs qrupundan bir silah kimi istifadə edir. Çünki Fuad bəy istəmir ki, xaricilər faciə günündə bizi ağlar görsünlər. Əksinə, qoy görsünlər ki, biz faciə günündə də özümüzü sındırmırıq və  düşmənə acıq vermək üçün çalıb oynayırıq. Öz aramızdır, çox gəzəl üsuldur. Faciə günündə rəqs edən soysdaşlarımızı görən əcnəbilər, dərhal bizim rəqsi öyrənməyə başlayacaqlar. Nəticədə bizim rəqsi öyrənən və Diasporanın çaldığı rəqsə oynayan əcnəbi heç vaxt Azərbaycanın əleyhinə danışa bilməz. Əksinə, hər yerdə bizim haqq səsimizə səs verəcəklər. Bu da o deməkdir ki, ermənilərin dədəsi yandı. Hələ qoy faciə günündə rəqs edənlərin,  hansısa qətnamə əleyhinə rəqslə etiraz bildirənlərin sayını bir az da artıraq, ondan sonra  görüm bu erməni diasporası bizim qabağımızda duruş gətirə biləcəkmi? Əşi, Fuad Muradov bu rəqslərlə ermənilərin kitabını birdəfəlik bağladı, mən ölüm. Yox balam, gənc də olsa, çox ağıllı və uzaq görən siyasəti varmış. O diaspora Komitəsinin kürsüsü və rəqslərə xərclədiyi milyonlar ona  halal olsun!
Fransa senatının qarşısında soydaşlarımızın qətnaməyə etiraz edən rəqslərini artıq görmüsünüz. İndi də Nüsrət Məmmədovun  yazısını,  sonunda isə Bişkekdən göndərilən və  Fuad Muradovun Diaspora adına mahnı və rəqs ansamblının Xocalın faciəsinə həsr etdiyi “Avtobus” adlı rəqslərini əks etdirən video ilə  sizləri də tanış edirik.   Redaksiyamıza daxil olan məktubu təqdim edirəm
Hörmətli tezadlar.az saytının rəhbəri Asif Mərzili!
Sizin saytda noyabrın 18-də “Diasporumuzun Fransa rəzaləti- Fuad Muradovun Paris “rəqs” adlı yazını ürək ağrısı ilə oxudum. Yazdıqlarınızın hamısı həm  doğrudur, həm də diasporanın nöqsanları barədə göstərdikləriniz çox azdır. Diasporamızın işi demək olar sıfıra bərabərdir. Biz Azərbaycandan kənarda yaşayanlar bunu daha yaxşı görürük. Fuad Muradov, sizin yazdığınız kimi, Fransa biabırçılığını aradan qaldırmaq məqsədi ilə Senatın qarşısında yenidən etiraz aksiyası keçirmək istəyir. Deyirlər noyabrın 28 də Fransa senatının önündəki rəzilliyi ort-basdır etmək üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əhli kef işçiləri və xaricdəki həmşərikləri ilə bir yerdə Parisdə yenə hoqqa çıxaracaqlar.
Birinci təklifim: Düşünürəm ki, birincisi, «No oldu Paşinyan» mitinqi fiaskoya uğradığına görə, Muradov Rauf Bazirqau oğlunun oğlu Fuad Muradov  növbəti dəfə gözə kül üfürmək istəyir. Əgər mitinqinizin doğrudan da effektli olmasını istəyirsinizsə, Fuad Bazirqau  nəvəsinə deyin maliyələşdirsin və mən Qırızıstandan 1000 nəfər OBON üzvü gətirim, (otryad bab osoboqo naznaçeniye- Xüsusi Təyinatlı Arvad Dəstəsi-Qırğızıstanda onları belə adlandırırlar-N.M.). Onlar, əllərində bayraq yellətmədən, plakatlarla mitinqə çıxsınlar. Əllərindəki plakatlarda yazılacaq «Fransa senatı Ketsin!» Əgər senat istefa verməsə, ofislərinə daxil olub üzdəniraq qətnamə olan bütün qovluqları binadan çıxarıb yandırsınlar. İkinci gün toplaşsınlar Yelisey sarayının qarşısında, əllərində plakatla «Makron Ketsin!». Əgər Makron getməsə, çıxarıb onu birdəfəlik Fransadan qovsunlar. Dünya ictimaiyyətini özünüzə güldürməyin. Bacarırsınız normal bir mitinq keçirin, bacarmırsınızsa, deyin biz edək, əks sədası təkcə Diasporla iş üzrə Dövlət komitəsindən yox, bütün dünyadan gəlsin. Bir də etiraz bildirmək üçün niyə xeyli xərc çəkərək Hollandiyadan Fransaya adam  yığıb gətirirlər? Mənim bildiyimə görə, Fransada 900 yüz mindən artıq türk və 70 mindən artıq azərbaycanlı yaşayır. İkisinin cəmi bir milyona yaxın olan insanların arasından 200-300 nəfər tapmayıb, Senatın qarşısında  etiraz bildirməyə Hollandiyadan pul gücünə 15 nəfər gətirirlərsə, o Diaspora Komitəsi ləğv edilməlidir. Çünki Diaspora komitəsinin sədri elə anti-milli siyasət yürüdüb ki, vətənini təmənnasız sevən insanların hamısı  diasporadan üz döndərib. Hollandiyadan yığdıqları 12-15 nəfəri də pulun hesabına təşkil ediblər. Belə üsulla diaspora işini qurmaq olmaz.
Azərbaycanımızın Ali Baş Komandanı Prezidentimiz cənab İlham Əliyev 44 günlük vətən müharibəsində böyük sərkərdəlik məharəti göstərərək, torpaqlarımızın 30 illik işğalına son qoydu. Noyabrın 8-də qazanılan zəfərin 2 ili tamam oldu. Bu 2 ildə Prezidentimiz cənab İlham Əliyev döyüş meydanında qazananılan qələbəni beynəlxalq aləmdə və siyasət masasında rəsmiləşdirməklə məşğuldur. Artiq qalib Prezident kimi İlham Əliyev beynəlxalq aləmdə sayılıb — seçilən liderlər sırasındadır və Azərbaycanın haqq səsini, ermənilərin isə işğalçı siyasətini bütün dünyaya tanıtdırmaqda böyük rol oynayır. Biz diaspor nümayəndələri isə, olduğumuz ölkələrdə əvvəlki illərdən fərqli  başı dik gəzərək, fəaliyyət göstəririk. Bəs Diasporla iş üzrə Dövlət Komitəsi nə iş görür? Pul silmək üçün xaricdəki öz ortaq diaspor şəriklərinə “Nooldu Paşinyan” oynadır. Bu işdə isə, konkret olaraq Diasporla iş üzrə Dövlət Komitəsi birbaşa məsuliyyət daşıyır. Dövlət tərəfindən bu təşkilata yetərincə pullar ayrilir. Yəqin ki, Hesablama Palatasi bu qurumda da bir yoxlama aparacaq. Onda məlum olacaq ki, dövlətin pullari burada, Fuad Muradovun rəhbərlik etdiyi 5 il ərzində necə göyə sovrulub. Yəqin ki, ermənilər Fransa mətbuatında Azərbaycan icmasının, qəbul edilən bu qətnaməyə çalib, oynamaqla dəstək verdiyi haqda məlumatlar da yayıblar.
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun işinin öhdəsindən gələ bilməməsi göz önündədir. Bu, təkcə Fuad Muradovun öz adına olan rəzalət və biabırçılıq deyil, həm də dövlətimizin nüfuzuna, eyni zamanda Prezidentimiz cənab İlham Əliyevin gecə və gündüz çalışaraq müsbət imic qazandırdığı Azərbaycanın adına vurulan zərbədir.
Etməyin. Bacardığınız işi görün. Biabırçılığa son qoyun!
İkinci təklifim: Fransa senatının bu  məlum qətnaməsi “məni mənsiz evləndirmək” məsəlinə oxşayır. Ona görə də pul xərcləmək, soyuqda gedib bayraq yelləyərək mənasız poza verib şəkil çəkdirib “Ehey, mən dünyanı silkələdim” demək lazım deyil.
Fransanın Lion, Marsel, Paris və ətrafyanı regionlarında 600 000 dən çox erməni yaşayır. Bu, Qarabağda yaşayan ermənilərin sayından dəfələrlə çoxdur.
Fransa senatının noyabrın 15-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədəki bütün iddiaları təkrar etməklə müraciət yazmaq lazımdır. Həmin müraciəti Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Parlamentlərinə göndərmək lazımdır.  Müraciətlərdə tələb qoyulmalıdır ki, adı çəkilən Parlamentlər Lion, Marsel, Paris və ətrafyanı regionların ərazisində II Ermənistan dövləti yaradılmsını Fransa senatından tələb etsin.
Amma, həmin müraciətləri mütləq göndərmək lazımdır. Eyni zamanda müraciətlərin şəklini çəkib Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin saytında da dərc etmək lazımdır. Yoxsa Senat qarşısında rəqs edib, sonra da “Gördünüz mən necə qəhrəmanlıq elədim” deyərək heç kəsi aldatmaq lazım deyil. Bu, həm təbliğat baxımından, həm də Fransanı ərazisinə hansısa təhlükənin olmasını hiss etməsi üçün çox vacibdir.
Belə bir iş görülsə, Fransa bir də başından yekə qələt eləməz. Yox, əgər Diaspora Komitəsinin məqsədi yalnız pul silməkdirsə, onda onların pul yeməyə köklənmiş iştahalarını pozmaq olmaz. O zaman birinci variant: Yeyirsiniz yeyin, haramınız olsun, amma son nəticədə heç olmasa, effekti olsun. Yəni yediyinizi kölgələmək üçün, arada bu dövlət naminə bir iş də görün…

Nüsrət Məmmədov

Qığısıstanın paytaxtı Bişkek şəhərində
fəaliyyət göstərən Tükdilli Dövlətlərə
Siyasi Dəstək Fondunun prezidenti

Hazırladı və təqdim etdi:
Elçin MƏMMƏDLİ

 

Share: