Tanzaniyada sərnişin təyyarəsi gölə düşdü — Video+Yenilənib

Tanzaniyada sərnişin təyyarəsi pis hava şəraiti səbəbindən Viktoriya gölünə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü açıqlanıb.

Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi bildirilir.

Bölgə polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlərin sayı barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.

***

Xəbər verdiyimiz kimi, bu gün Tanzaniyada sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində hələ ki 3 nəfərin həlak olduğu açıqlanıb.

Tanzaniyanın “The Citizen” qəzetinin yaydığı məlumata görə, göyərtədə olan 43 nəfərdən isə 26-sı xilas edilib.


Share: