Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli açıq ürək əməliyyatı keçirib

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Qarabağ mövzusunda çoxsaylı əsərlərin müəllifi Zemfira Məhərrəmli açıq ürək əməliyyatı keçirib. Bu barədə  Müstəqil. Az -a yazıçının ailəsindən məlumat əldə edib. Məlum olub ki,  xanım yazıçı xəstəxanaya aorta qapağının stenozu diaqnozu ilə yerləşdirilib.

Xanım yazıçının üzərində açıq ürək əməliyyatını ölkəmizdə və dünyada neçə ilklərə, nailiyyətlərə imza atmış məşhur ürək-damar cərrahı, uzman həkim, Respublika Diaqnostika Mərkəzinin Bakı Ürək Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsinin müdürü Anar Əmrah aparıb.

Açıklama yok.

Məlumat üçün deyək ki, doktor Anar Əmrah Türkiyə Respublikası Ankara şəhərində yerləşən Gülhanə Hərbi Tibb Akademiyasını bitirib. Ankara GATA Ürək Damar Cərrahiyyəsi Klinikasında çalışıb. Bir çox xarici ölkələrin qabaqcıl klinikalarında təcrübə keçmiş, beynəlxalq tibb simpoziumlarında fəal iştirak etmişdir. 2013-cü ildə Vətənə qayıdan doktor Anar Əmrah ilk öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında Ürək Damar Cərrahiyyəsi şöbəsinin rəisi vəzifəsində xidmətə başlamışdı.

Açıklama yok.

Hazırda Z.Məhərrəmlinin sağlıq durumu normaldır və o bugünlərdə evə buraxılıb. O, əməliyyat uğurla başa çatdığına görə doktor Anar Əmrah başda olmaqla əməyi keçən cərrah kardioloqlar Valeh Məmmədov, Şahin Xəlilov, Ziya Şahalıyev, anestezioloq Teymur Qasımov, tibb işçiləri Nuray, Aytac və Mehriban xanıma göstərdikləri şəfqətə görə dərin təşəkkürünü bildirir.

P.S. Müstəqil.Az-ın yaradıcı kollektivi tanınmı yazıçı  Zemfira xanım Məhərrəmliyə şəfalar diləyir, uğurla başa çatan əməliyyata görə təbrik edir və əməliyyat zamanı əməyi keçən bütün tibbi personala və cərrah Anar Əmraha təşəkkür bildirir.

 

Share: