Tanınmış şair Saday Şəkərlinin seçilmiş əsərlərindən ibarət beş cildli kitabı işıq üzü gördü

Bu günlərdə tanınmış şair  Saday Şəkərlinin  seçilmiş əsərlərindən ibarət beş cildli kitabı işıq üzü görüb. “ZİYA”  nəşriyyatında çap olunan şeirlər və poemalar toplusunun hər cildi 304 səhifədən ibarətdir. Kitabın redaktoru İradə Aytel, rəssamı Nəvai Metindir.

“Kitablarıma 40 ildən artıq ömür sərf eləmişəm. Hər oxucu öz şeirini bu kitablarda tapacaq, mənim, sənin, hamımızın taleyi var bu kitablarda” deyərək, sevincini oxucuları ilə paylaşan şair, yaxın günlərdə təqdimat mərasiminin də baş tutacağını qeyd edib.

Xatırladaq ki, bundan əvvəl müəllifin on dörd kitabı dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə işıq üzü görüb: “Дерево любви” (Саратов: ПКИ, 1985, 48 стр.), “Torpağa oğul sözü” (Bakı: Yazıçı, 1986, 66 səh.) “Məni soruşan olsa”( Bakı: Təbriz, 1995, 62 səh.), “Alça çiçəkləyib” (Bakı: Təbriz, 1996, 16 səh.), “Gecədən çıxan kimi” (şeir və poemalar, Bakı: Təbriz, 1996, 208 səh.), “Gümüş şamın şöləsi” (başqırd dilində, Ufa: 2000, 48 səh. “Ömrün yorğun kölgəsi” (şeirlər və poemalar, Bakı: Elm və təhsil, 2009, 328 səh.), “Birİnci kitab” (Bakı: Araz 2010, 214 səh.),  “Музыка дождя” (Москва: Новый век, 2010, 82 стр.), “Haydı. Vaşinqton” ( 2011, 84 səh.),  “Ölümdən qayıdan” Təbriz: 2011, 90 səh.), “Atamdan qalan payız” ( İstambul: 2011, 104 səh.),  “Qurd ürəyi. Bakı: Araz 2015, 232 səh.),  “Lənətlənmiş Cənnət” (Bakı – 2013, 168 səh.), “Səni sevənlərin hamısı sənsən” (Bakı-2014).

Müstəqil.Az

Share: