“Dərdini vurmuşam damarlarıma, Sənin ciyərinə qoy azı getsin…”-Firəngiz Sabirqızı…

 

 

 

 

Müstəqil.Az gənc şair Firəngiz Sabirqızının şeirlərini təqdim edir:

 

Adamlar

Çatım bir az ürəyimin odunu,
Atılan var…atılmayan adamlar.
Ayaq hər vaxt düz tutmayır hamını,
Yıxılan var…yıxılmayan adamlar.

Sifətini boya rengin alıyla
Qırmızını uşaqlar da çox sevir.
Hər bayramda ovucların dalıyla,
Döyülən var…döyülməyən qapilar.

Bu şam da heç bu xonçaya yaraşmır,
Öz alovu öz üzüne tor salır.
Güzgü küsůb,baxışlarım danışmır,
Barışan var…barışmayan adamlar.

Soruşmadım, yaxşısı nə,pisi nə,
Taleyinin baharı nə,qışı nə.
Adamların Firengizle işi nə,
Soruşan var…soruşmayan adamlar.
Atılan var… atılmayan adamlar.

 

 Kündəsi düz düşür

Daha bu yaĝışlar ot göyertməz ee,
Daha o buludun üzű sıyrılıb.
Daha əyrilerin təndirində də,
Kündəsi dũz düşür,közü sıyrılıb.

Duman gözə gələn qara tordu da,
Silib əllerinlə ata bilirsən.
Daha yorĝanının altında belə,
Bir ayrı adamla yata bilirsən.

Ůrek dərisində dustaq quş olub,
Nəfəsi qan ile gəlib,gedəndi.
“Sənsiz ölürəm e”deyən adamlar,
Ŏlümů özgəylə yarı böləndi.

Əllər rezin deyil uzağa çatsın,
Sıxıb yumruğunu cibinə bas,keç.
Allaha bir addım yaxın olmağa,
Bir quru aĝacdan özünü as,keç.

Barış qismətinə düşən yazınla,
Üzűnü yaĝışa tut,yazı getsin.
Dərdini vurmuşam damarlarıma,
Sənin ciyərinə qoy azı getsin.

Daha bu yaĝışlar ot göyertməz ee,
Daha o buludun üzű sıyrılıb.
Daha əyrilerin təndirində də,
Kündəsi dũz düşür,közü sıyrılıb.

 

   Mən ölürəm sənin kimi

Qarışıq alın yazım,
Gələn yolu gedirəm.
Suyu içmək əvəzi,
Dişləm-dişləm yeyirəm.

Axşamın sükutudur,
Saçıma dəni salan.
Sənin kipriklərindir,
Gòzümə gəmi salan.

Narın tozdur həsrətin,
Yağışın üstən yağır.
Qaşın ay tək boylanıb,
Baxışın üstən yağır.

Bulaşdı üzüm yaşa,
Sil nəmi kipriyinlə.
Əzrayıl bəhanədir,
Ölürəm həsrətinlə…

Nə gəlmirsən gələn kimi,
Nə getmirsən gedən kimi.
Baxa-baxa yollarına ,
Men ölürəm sənin kimi.

Müstəqil.Az

Share: