Tanınmış şair Dəmir Gədəbəyli vəfat etdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Dəmir Gədəbəyli 80 yaşında vəfat edib.

Bu barədə şairin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Dəmir Gədəbəyli 1938-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub.1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1975-ci ildə filologiya elmlər namizədliyi, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycan televiziya və radio verilişləri komitəsində müxbir, redaktor, baş redaktor, proqramların məsul katibi vəzifələrində çalışıb.

Yüzlərlə mahnıya mətn yazıb.

Share: