Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

ONA xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Qeyd edək ki, ötən gün axşam saatlarında “Sheremetevo” hava limanından qalxdıqdan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində 41 nəfər ölüb. Qəza zamanı 37 nəfər sağ qalıb.

“Aeroflot”a məxsus təyyarə Moskvadan Murmansk istiqamətində uçmaq üçün havaya qalxıb.

Share: