Tanınmış şair Baba Vəziroğlu “Tarix yazan Sərkərdə” şeirini kitabxanaya təqdim etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Tarix yazan Sərkərdə” şeirini təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Şair “Tarix yazan Sərkərdə” şeirini haqq, ədalət carçısı, hərb və sülh meydanında Zəfər çalan, Qalib Azərbaycanın memarı olan İnsana cənab Ali Baş Komandan İlham Əliyevə ithaf edib.

 

 Tarix yazan Sərkərdə

Sənin kimi Fatehi zaman yetirməz bir də,

Haqq-ədalət carçısı – tarix yazan Sərkərdə.

Səndən ilham, güc alır zabit, əsgər, sərkərdə,

Hərb və sülh meydanında sən Zəfər çalan Adam –

Qalib Azərbaycanın memarı olan İnsan –

Cənab Ali Baş Komandan!

 

Düşmənimiz baş əydi sən and içən bayraga,

Sənin azad etdiyin hər bir qarış torpağa.

Anamız Azərbaycan qovuşdu Qarabağa,

Qalmayacaq qisassız bir damla tökülən qan –

Cənab Ali Baş Komandan!

 

Getdiyin bu şanlı yol Ulu Öndər yoludur,

Sənin ordun yenilməz, sənin xalqın uludur.

“Yaşasın Azərbaycan!”– arzun, amalın budur,

Milyon-milyon ağızdan səslənir xeyir-duan,

Cənab Ali Baş Komandan!

 

Qarabağ səmasında yenə günəş doğuldu,

Sənin Dəmir yumruğun Birlik oldu, Güc oldu.

Mənəm-mənəm deyənlər bəs “nə oldu, necə oldu?”

Ana südütək halal sənə bu şöhrət, bu şan,

Cənab Ali Baş Komandan!

 

El bir oldu səninlə, dağ oynadı yerindən,

Bütün dünya danışır gücündən, hünərindən.

Araz salam yollayır azad Xudafərindən,

Kəlbəcərdən, Şuşadan cəkildi qara duman,

Cənab Ali Baş Komandan!

 

44 günlük savaşda adımız da bir idi,

Dostumuz, düşmənimiz, yadımız da bir idi,

Arzumuz-amalımız, andımız da bir idi,

Qızıl xətlə adını tarixə yazdı zaman,

Cənab Ali Baş Komandan!

 

Sən Tanrıya sığındın, Tanrı qorudu səni,

İllər boyu çəkdiyin min bir əziyyətini,

Əməlinlə doğrultdun Ata vəsiyyətini –

Səni xalqa, millətə çox görməsin Yaradan,

Cənab Ali Baş Komandan!

 

Sən yalnız, tək deyilsən – mətin türk qardaşın var,

Bir vəfalı, Mehriban ürək-can sirdaşın var.

Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,

Səninlə Azərbaycan – bir könüldə iki can

Cənab Ali Baş Komandan!

 

 

 

 

 

 

 

Share: