Tanınmış jurnalist üçün dəstək aksiyası başladıldı

Turkustan.info bildirir ki ,tanınmış jurnalist Ülviyyə Həsənqızının keçirdiyi xəstəliklə əlaqədar jurnalist həmkarları sosial şəbəkələrdə paylaşımlar edərək dəstək aksiyası başlatmışdır.Bizdə təkbaşına xərçənglə mübarizə aparan Ülviyyə xanımı ruhdan düşməməsi üçün dəstəkliyir və bütün oxucularımızı bu aksiyada iştirak etməyə dəvət edirik

DİQQƏT!!! PAYLAŞ!!!
Tanınmış jurnalist, mədəniyyət sahəsini sevərək işıqlandıran, jurnalistika ilə nəfəs alan Ulviyyə Həsənqızı xərçənglə tək başına vuruşur. Onun anasından başqa heç bir doğması yoxdur, əvəzində biz — onun dostları varıq. Dostumuz həyatla, canı ilə mübarizəsində ona nəinki mənəvi, maddi dəstək olmalıyıq. Ülviyyə işini vicdanla, qəlbiylə görən jurnalistlərdəndir. O, sənətinə mənən bağlıdır. Qeyd edim ki, o, kirayədə yaşayır. Bu insan işsiz, kirayə pulunu ödəmək, anasına baxmaq, üstəlik ağır xəstəliyi ilə mübarizə aparmaq məcburiyyətindədir. Gəlin, ona dəstək olaq!
Ülviyyə Həsənqızına kömək etmək istəyən şəxslər aşağıdakı yollarla ödəniş edə bilərlər:
İstənilən bankdan ACCESBANK hesabına ödəniş üçün:
Kod : 503552
VÖEN : 1400057421
M/H : AZ10NABZ01350100000000056944
SWIFT : ACABAZ22
CARİ HESAB : AZ06ACAB00210100000000556352
Bu STATUSU daha çox paylaşın ki, ona kömək olaq.
#Ülviyeyedestekolaq

Share: