Gənc Qaqauz türkü idman federasiyasında departament rəhbəri təyin olunub

Azərbaycan Alpaqut Federasiyasının heyətində yeni təyinatlar olub.

İctimai fəal Səidə Ömərovaya Federasiyanın mədəniyyət departamentinin sədri vəzifəsi verilib.

Səidə xanımın açıqlamasına görə hal-hazırda Azərbaycan Alpaqut Federasiyası noyabr ayının 25-də Bakı şəhəri Sərhədçi Olimpiya İdman Kompleksində keçiriləcək növbəti beynəlxalq yarışın II Dünya kubokuna hazırlaşır.

“Bu yarışda 19 xarici ölkədən rəsmi olaraq alpaqutçuların iştirakı gözlənilir.Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və hər kəsi bu yarışı izləməyə dəvət edirəm”.

Share: