“Tamaşaçı heyvanların üzərinə lazer saldığına görə aqressivləşiblər” — Video

Bu gün Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb. Belə ki, proqram zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər.

Bununla bağlı Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə tamaşaçının təhlükəsizlik qaydalarını pozmasına görə olub.

Onun sözlərinə görə, tamaşa zalında bir neçə tamaşaçı lazeri heyvanın üzərinə salıb:

“Təlimdə olan heyvanlar olduğu üçün hansısa artıq hərəkət, reaksiya onları narahat edir. Belə hal da həmin pələnglərin aqressivləşməsinə səbəb olub. Tamaşaçı təhlükəsizlik tədbirlərini pozub. Hətta təlimçi də qeyd edir ki, 20 ildir ki, onun göstərdiyi proqramlarda belə hadisə yaşanmayıb. Tamaşaçı lazeri dəfələrlə heyvanların üzərinə salıb. Buna görə sizin vasitənizlə demək istəyirik ki, tamaşaçılar salonda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etsinlər”.

Bugünkü hadisə ilə bağlı həmin videonu təqdim edirik:


Share: