İPL: “Arsenal” möhtəşəm geridönüş edib, “Çelsi” evdə qalib gəlib – VİDEO

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bornmut”la qarşılaşıb. “Topçular” matçın gedişində 2 qol fərqi ilə geri düşsələr də, yekunda qalib gəlməyi bacarıblar. Qələbə topunu 90+7-ci dəqiqədə Riss Nelsson vurub – 3:2

Bu qələbə ilə xalını 63-ə yüksəldən “Arsenal” yenidən “Mançester Siti” ilə fərqi 5-ə yüksəldib.

Londonun digər təmsilçisi “Çelsi” öz meydanında “Lids”lə qarşılaşıb. “Zadəganlar” öz meydanında minimal hesablı qələbə qazanıb. Yeganə topu 53-cü dəqiqədə Useli Fofana vurub – 1:0.

Xalını 34-ə çatdıran “Çelsi” 10-cu pillədə qərarlaşıb. “Lids” isə 17-cidir və düşmə zonasından cəmi 1 xal öndədir.

Share: