Tailand səfiri: “Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü dəstəkləyirik”

“Biz BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrini və Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü dəstəkləyirik. Bu mənada Azərbaycanda yaşanan son hadisələrdən təəssüfləndiyimi ifadə edirəm”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

İqamətgahı Ankarada yerləşən diplomat, həmçinin, Qarabağda aparılan lokal antiterror hərəkətlərinə də münasibət bildirib:

“İnanıram ki, Azərbaycanın mərkəzi hakimiyyəti rəsmilərinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə təmasları müsbət nəticə verəcək. Mən bu məsələdə pessimist deyiləm”.

Share: