Bu möhür, o möhürdən deyil..

Çoxsaylı materialların nəticələrinə görə Azərbaycan Prezidenti, onun Vitse-prezidenti Azərbaycan-Ermənistan silahlı qarşıdurmasına öz möhürünü vurdu. Bu hər iki millətin genetik xilası üçün çox güclü və məntiqli möhür idi. (Və bundan o yana möhür yoxdur).

Bu müharibədə və yaxud (həm ermənilər, həm də azərbaycanlılar tərəfindən öz övladlarını tanımadılar. Neçə əsgər cəsədi qarışıq düşdü. Bu kimin və yaxud kimlərin faciəsi idi. Cənab erməni xalqı!.. Bu ağır faciəni sizli-bizli yaşadanları tanıdınızmı? Tez-tez maskalarını dəyişdikləri üçün  heç biz də tanımadıq. Amma Tanrının verdiyi torpaqları qorumaq üçün səngər qazdıq, döyüşə atıldıq. Biz Sizinlə vuruşmadıq. Biz Azərbaycan torpaqlarına göz dikən, onu viran qoyan düşmənlə vuruşduq.

Yadımdadır ki, general A.N.Martirosyan söz vermişdi ki, bizim  üçün azərbaycanlılardan düşmən obrazı yaradanları tapıb, bizim mühakiməmizə, Azrəbaycanın gələcək nəsillərinin mühakiməsinə versin… Amma gücü çatmadı. Erməni generalı A.Martirosyan millətin və xalqın qarşısında tarixi bri etiraf etdi. “Mən bacarmadım” – dedi… Müharibə və yaxud qarşıdurma davam etdi, yeni bir strateji xətt götürdü.

Tökülən qanların içindən yenə bir sual çıxdı: – Kimdir bizi biri-birimizə qırdıran? Kimdir qana susayan?

Məsələn Böyük Blritaniyanın Parlamentində Parlamentin üzvü Stiven Paund, Lordlar Palatasının üzvləri, foto-jurnalist Raesel Pollard, Erməni İnqilab Federasiyası – Daşnaksütyun Kiro Manoyan, Professor Andranik Qasparyan… öz məntiqi – siyasi baxışları ilə istədilər məsələlərə aydınlıq gətirsinlər. Amma bacarmadılar.

Erməniləri Qərbi Amerikadakı Milli Komitəsinin direktoru (ANCA ER) Mişel Akopyan bu arada, lordlar palatasının üzvü, 82-ci dəfə erməni terroruna məruz qalmış torpaqlarımızdan ötüb keçən ingilis Borenessa Koksa izah edirdi ki, “ermənilər qəhrəmancasına vuruşdular…” Həmin vaxt deputat M.Akopyan xanım Koksa erməni qəbiristanlığını nişan verirdi. Lənətə gəlmiş xanım Baronessa bu qədər Qarabağı gəzib, dolandı… amma bir dəfə də “Dayanın!” çağırışını etmədi. (?)

Qeyd edim ki, bu cadugər xanım – ingilislərin ən yeni tarixində “Dünyanın lənətmiş qadınları” çərgəsindədir… (?)

Ən maraqlısı odur ki, tarixdə olmayan və heç vaxt tanınmayan Artsax Erməni Respublikası üçün fransızların buraxdıqları iki (2) Dram pul vahidinin üstündə öz şəklini verməyə müvəffəq olub. (?) Məlumata görə bu pul vahidilə bağlı Azərbaycan tərəfinin xüsusi bəyanatı da olub. Araşdırma materiallarına görə bütün dövrlərdə baş verən erməni – azərbaycanlı münasibətlərində çox məsələlərin həlli açıq qalıb.

Vaxtilə (1945-ci il) Böyük Britaniyanın Baş Naziri olmuş (2-ci dəfə seçilmiş) U.Çörçill müsahibələrinin birində yazırdı: “…Ermənilərlə bizim münasibətlərimiz qədimdir. Onlar həmişə bizə dəyərli xidmət göstəriblər…”

Ermənilərin azərbaycanlılarla vuruşması heç də başqalarının düşündükləri kimi torpaq, su… davası deyil. Onların vuruşması ağıllı, igid və vüqarlı azərbaycanlılar uğrundadır… İ.Stalin mənə deyirdi ki, (redaktə olunmadan) Qafqazda ən dəyərli, vüqarlı, təmiz qan hüceyrələri (yəni genetika – R.N.) Azərbaycana məxsusdur.

Bir nəfər də olsun müharibə illərində azərbaycanlılardan satqın çıxmadı… Ruslar bunu heç vaxt unutmur…)

Maraqlıdır, neçə il bundan öncə Əfqanıstanda keçmiş İttifaqın səlahiyyətli nümayəndəsi olmuş, Baş Kəşfiyyat İdarəsinin general-polkovniki V.İ.Larin Kremldə generallar və adminirallar qarşısında çıxış edərkən xatırlayıb: “…Mənim əslən Azərbaycanlı olan İran-Əfqanıstan sərhəddində 24 əsgər və zabitim olub. Onlar arasında əsl sədaqət, kişilik və insana hörmət və sevgi gördüm. Müharibədən sonra mən onlar haqqında Böyük Heydər Əliyevə rəsmi yazdım. Yazdım ki, onlardan Vətən üçün istifadə olunsun. Amma sonrasını bilmədim…”

Mən isə sonrasını özüm yazdım…

Bu gün Prezident Yanında Xüsusi İdarənin rəisi olmuş  və düşmən əli ilə (bəlkə də dost əli ilə) qətlə yetirilmiş, polkovnik Şəmsi Nuru oğlu Rəhimovun qətlindən otuz il keçir. Amma qətlin üstün hələ də açılmadı… Ölümdən iki gün sonra onun yerinə Elman Qəmbərov adlı birisi təyin olundu. Prezident Aparatından gələn “Əmmələr” onu tələm-tələsik Şəmsi Rəhimovun yerində əyləşdirdilər…

… Mən gecələrin birində yuxumdan keçən Şəmsi Rəhimovdan soruşdum:

– Cənab polkovnik, bu necə olur?.. Bu təyinat kimin təyinatıdır. Hansı pasportla, hansı “Əmmə” onu təyin etdi? Məgər görünmür ki, bu gün axdılan, töküləın şəhid qanlarında dağılmış Xüsusi İdarənin də imzası var? Cibində iki pasport gəzdirən bu əmmə kimdir?

Vicdanlı, savadlı, əxlaqlı, ölkəni sevən, ölkə başçısını dəstəkləyən insanları ləkələyən bu adamı hansı əmmə təyin etdi. Nə üçün?

Məqsəd Prezidentin Xüsusi İdarəsini dağıtmaq idi. Prezidenti tərki-silah etmək idi… Bu ən böyük satqınlıq idi. Maraqlı idi ki, general-polkovnik V.Larin bütün bunlardan mənə danışmışdı. Həmin vaxt MTN-nin işi  heçə bərabər idi. Əsl alver gedirdi… Heydər Əliyevi aldatdılar. Erməni pulu və sərvəti ilə vəzifə alanlar, Şəmsi kimi, Ziya Bünyadov kimi, Afiətdin Cəlilov kimi insanların aradan götürülməsi məqsədli şəkildə idi. Oğurluq, səriştəsizlik, rüzşvət ala-ala sərvət toplamaq… (Allah Sizə lənət eləsin) adiləşmişdi…

Prezident Yanında Xüsusi İdarə məhv olundu. Məqsədli şəkildə, qəddarcasına onu dağıtdılar. Kimlər idi bu addımı atan? Heç kəs araşdırmadı. Əslində Şirvan elinin kadrlarını söyüb, onlara qarşı abırsızlıq edən, ikiüzlü və yaltaq… insanların addımları yuxarı dırmanmaq üçün “əsl” yollar açıldı.

– Lənət olsun ona – polkovnik pıçıldadı.

– Kimə, Şəmsi müəllim?.. soruşdum.

– Qapımın ağzında məni öldürənə – dedi. Həmin gündən bir gün əvvəl mənə bir televizor da hədiyyə eləmişdi. Yaltaqlanırdı. Nəticədə bir gündə rütbəsini iki dəfə qaldırmağımı istədilər.

– Kim? Kim idi onun, qabiliyyətsiz bir insanın yaxasından yuxarı çəkən. Tələsib ona general rütbəsi verdilər…

– Xəbəriniz oldumu ki, həmin günün səhəri erməni mətbuatı bu iyrənc hadisəni “qələbə” kimi qeyd etdi…

– Oldu oğlum, oldu. Mənim hər şeydən xəbərim oldu. Və bu işləri düzüb, qoşan Prezident Aparatının 2-3 əmməsi də ermənilərin şadlığına qoşuldu…

…Səhərə yaxın həyətimizdəki itlərdən biri uladı… Səhərədək uladı…

Biz bu günədək onlarla qanlı-qadalı, ancaq fəlakət və göz yaşı gətirən müharibədən çıxdıq. Amma heç kəs (istər erməni olsun, istər azərbaycanlı… fərq etməz) “Dayanın!..” çağırışını vermədi, ağsaqqallıq, ağbirçəklik etmədi. Nə erməni ağsaqqalları, nə də azərbaycanlı ağsaqqalı bayraq qaldırıb, demədi, Dayanın! Bəs deyilmi qırıldınız? Baxın, hər ikiniz genetik ölümlə üz-üzə dayanıbsız… Təkcə Azərbaycan Prezidenti, ölkə başçısı İlham Əliyev əlini qaldırdı, ürəyinin səsinə hökm elədi: Dünyaya mesaj göndərdi: Biz bu müharibələrdə üç nəsil itirdik… Bu dünyaya XXI əsrin ən amansız və dəhşətli mesajı idi. (Həmin vaxtsa Vatikan-Roma Papası erməni cavanlarının məzarlarına çiçək düzürdü).

Hanı bizim müharibənin iflic etdiyi ağsaqqallar, ağbirçəklər? Atalarının yolunu gedə bilməyən, əzab və əziyyət çəkən oğullar… Bizim ölkə başçısının, Vitse-prezidentinin ardınca getmək lazım idi… Fikrimizcə bu gün həm Azərbaycan, həm Ermənistan Allahın qəzəbi altında öz övladlarına daha “Lay-lay” deyə bilmirlər.

Tarix qarşımızda sual qoydu: Cənablar, hanı Heydər Əliyevlər, hanı Mirzə İbrahimovlar, hanı Mir Cəlal Paşayevlər, Həsən Əliyevlər, Cəlal Əliyevlər, Süleyman Rəhimovlar, hanı Səməd Vurğunlar, Rəsul Rzalar, Əli Vəliyevlər, Fərman Kərimzadələr, İlyas Əfəndiyevlər, İsmayıl Şıxlılar. Nəsir İmanquluyevlər, hanı Mirvarid xanım Dilbazilər, hanı Fəttah Heydərovlar, Ramil Usubovlar, hanı Murtuz Ələsgərovlar, hanı…? Bu gün onların məzarları od tutub, yanır…

Bu gün Dahi o şəxsdir ki, bir işarəsilə müharibələri, qırğınları və ədavəti dayandırır. Dahi odur…

Bu gün heç kəs Allahın göndərdiyi Müqəddəs kitabları (“İncil”i, “Tövrat”ı, “Qurani-Kərim”i götürüb başı üzərinə qaldırmadı. “Dayanın!” çağırışını etmədi. .

Azərbaycan müharibəni, ona edilən Beynəlxalq bir terrorun qabağını aldı. Məgər ermənilər başa düşmədilərmi ki, Azərbaycan həmçinin erməniləri də genetik ölümdən xilas etdi?.. Erməilərin canını qırğınlardan qurtardı?

Məlumata görə müharibədə 20-dən artıq ixtira olunmuş yeni silah növləri, kütləvi epidemiyalara səbəb ola biləcək viruslar (bakterioloji silahlar) sınaqdan çıxarıldı. Eynilə Xocalı hadisələri kimi… Amma təəssüf edirəm; bir sənəd olmadı ki, BMT-na qədər gedib çıxaq. Əslində indi də elədir…

Fikrimcə gözləmə mövqeyi tutan təşkilatları, insanlarla Prezident və Vitse-pezident arasında inciklik yaradan qurumları rəhbərlərilə birgə ləğv etmək maraqlı olardı. Məsələn Respublikanın Ağsaqqallar Şurasına nəzər salaq. Kimə lazımdır belə bir Şura? Ehtiyac varmı?

Mühaıribə içində əsəbləri tarıma çəkilən belə bir “saxta şuranın” heç kimə ehtiyacı yoxdur… bu qurama qurumu  ləğv edin cənablar…

Araşdırma materiallarına görə bu gün ermənilər də çalışırlar ki, bu müharibələrə son qoyulsun. Sabahkı nəsillər anlamasınlar müharibə nədir. Onlar bu istiqamətdə iclaslar keçirir, dinləmələr edirlər. Amma çıxış yolları bağlıdır. Vaxtilə Dahi Heydər Əliyev demişdi: “Siz, (yəni ermənilər – R.İ.) yaxşı yaşamaq üçün bir addım da irəli gəlin. Əlinizi bizə uzadın… Biz o əllədən yapışıb, Sizi gözəgörünməz bataqlıqdan çıxarıb, ölümdən xilas edərik…”

Bu gün oturub, düşünürəm, əgər Azərbaycandan Ermənistana çağırış olarsa, – ölkə başçısının, Vitse-prezidentin yanında kimlər ola bilər…

Onu axtarıram…

Məsələn, keçmiş dövlət katibimiz… Dahi Heydər Əliyebin yetirməsi olan professor Lalə xanım Hacıyeva ermənilərlə aparılacaq danışıqlarda iştirak edə bilrmi?..

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: