Təyyarənin şassisində uçmaq istəyən iki nəfər yerə düşərək öldülər…

Ekvadordan təyyarənin şassisində biletsiz Peruya uçmaq istəyən iki nəfər yerə düşərək ölüb.
Müstəqil.Az  RİA “Novosti”yə istinadən xəbər verir ki, polis generalı Marselo Tobarın sözlərinə görə, Perudan olan iki nəfər təyyarə uçduqdan sonra Quayakil şəhər aeroportunun uçuş-eniş zolağında aşkar olnublar.
Prokurorluğun məlumatına görə, bununla belə layner Peruya gəlib. “Comercio” portalınana məlumatına görə, təyyarə əvvəlcə Perudan Ekvadora, oradan isə ABŞ-a uçub. Sonda təyyarə geri qayıtmaq məcburiyyətində qalıb. Çünki Ekvador hökuməti şassilərin dayaqlarında digər biletsiz sərnişinlərin gizlənə biləcəyindən şübhələnib.
Müstəqil.Az 

Share: