Tətiyi çəkənlər… Amerikanın və Fransanın barmaq izləri…

…Yenə yağışlı bir hava. Lap əvvəlki kimi yağırdı. Çətirimi götürüb, Fəxri Xİyabana yollandım… Sanki adicə bir yarpaq da məndən soruşurdu: hanı mənim övladlarım, hanı?..

Cavab verə bilmədim. Amma həqiqət ölür. O, hadasa ləngiyir. Ulu Öndər hamıya xatırladırdı: “Tarixi ləngitmək olar… həqiqəti isə yox…”

 

Hər şeyin birinci pilləsi həqiqətdir. O təkrar ola bilərmi? Gördüyümüz həqiqət və görmədiyimiz, bəzən dərk edə bilmədiyimiz həqiqət. Üstündən düz 23 il ötüb keçən “Vertolyot” adlı bir həqiqəti gördük və indi də görürük. Amma “Vertolyot” adlı hələ görmədiyimiz, dərk edə bilmədiyimiz həqiqətlər də var. Çünki bu günədək onu qəza kimi qəbul edənlər var. 1991-ci ilin noyabr ayının 20-də “Mİ-8 N-72” hərbi vertolyotunda həlak olanları bir daha yadınıza salıb xatırladırıq. Amma həmin vaxt Ulu Öndərin göz yaşlarını heç kəs görmədi.

–        Tofiq Kazım oğlu İsmayılov – Dövlət katibi;

–        İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;

–        Məhəmməd Nəbi oğlu Əsədov – Dövlət müşaviri;

–        Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini;

–        Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;

–        Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili;

–        Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;

–        Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;

–        İqor Aleksandroviç Plavskiy – Dağlıq Qarabağın prokuroru;

–        Vladimir Vladimiroviç Kovalyov – Dağlıq Qarabağın Dİ-idarəsinin rəisi;

–        Sergey Semyenoviç İvanov – MTN-nin idarə rəisi;

–        Nikolay Vladimiroviç Jinkin – xüsusi rayonun komendantı;

–        Saylala Dasumoviç Serikov – Qazaxıstan Dİ nazirinin müavini;

–        Mixail Dmitriyeviç Lukaşev – general

–        Oleq Nikolayeviç Koçerov – general

–        Rafiq Məmməd oğlu Məmmədov – Dövlət katibinin köməkçisi

–        Alı Mustafa oğlu Mustafayev – telejurnalist

–        Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

–        Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

–        Vyaçeslav Vladimiroviç Ko tov – vertolyotun uzuş heyətinin komandiri;

–        Gennadi Vladimiroviç Dolqov – vertolyotun pilotu;

–        Dmitriy Borisoviç Yakovlev – vertolyotun pilotu;

Araşdırmalarımıza görə, Qarakənd istiqamətində uçan vertolyota Qurban Namazəliyev, Tofiq İsmayılov, Saylala Serikov, Rafiq Məmmədov, Vəli Məmmədov, Məhəmməd Əsədov, Zülfü Hacıyev minməli deyildilər.

Xüsusi rayon komendantı Nikolay Jinkinin müavini, ermənilər arasında “Posol” kimi tanınmış Vladimir İqnatyeviç Kuşnarinin 1991-ci il noyabr ayının 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış (?) siyahısına “Aşanak” kolxozunun heyvandarlıq birliyinin sədri “geroy” Emil Balayan, Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən “ Krunk” təşkilatının Dağlıq Qarabağdakı ideoloqlarından Oleq Ovanesoviç Yeseyan, “Evkrapa” cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni diasporu ilə əlaqələndiricisi Leonard Avakumoviç Petrosyan, zabit Tatavis Baqramoviç Baqramyan… və bir də qərara alınmışdı ki, Azərbaycan Xalq Cəbhəsinin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Xocalı, Əskəran… rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil olsun. Məşvərət lentə alınmalı və respublika televiziyasının “Günün ekranı” xəbərlər proqramında göstərilməli idi. Amma saat 13.40 dəqiqədə Ağdam aeroportuna verilən naməlum xəbərdən (?) sonra … bu adamlar vertolyota minmirlər(?!)

1991-ci ilin noyabr ayının 20-də saat 12.57 dəqiqədə Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun (69 və 72 nömrəli vertolyotların) yanacaq bakları doldurulur. Mİ-8 N-69 vertolyotu əsas vertolyot olmalı idi. Vertolyotu isə iki nəfər idarə etməli idi: 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Mamontov və kapitan Babuşkin.

İkinci vertolyot – Mİ-8 N-72 isə birinci vertolyotu müşayiət etməli idi. Lakin ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48 dəqiqədə birincinin yerinə havaya qalxır.

Haşiyə: “Mİ-8 N-72” vertolyotu idarə edənlərin şəxsiyyətlərinə gəlincə, kapitan Gennadi Vladimiroviç Dolqov adlı pilot 1984-cü ilin mart ayının 26-da Əfqanıstanda Cəlalabadda “İslam cəmiyyəti”nin Mö’min Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 N-26 vertolyotu ilə birgə vurularaq öldürülüb (?). (Özbəkistan, Daşkənd Hərbi Dairəsi. Əfqanıstan- İran istiqamətində polkovnik V.İ.Qurinin 1984-cü ilin dekabrın 12-də Moskvaya, MN- BQ-a ünvanladığı 216051 saylı məktubundan).

Rabitə nəyə görə qırıldı?

Həmin ərəfə Gülablı və Yenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16-26 və MS-22-22 nömrəli) və Ağdam, Xocalı aeroportlarının uçuş və enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə Ağdamdan Qarakənd istiqamətində uçan Mİ-8,N-72 vertolyotun rabitə əlaqələri kəsilir (saat 14.05 dəqiqədə).

Qırılmış rabitə ilə bağlı ilkin məlumatlar Xocavənd istiqamətində verilir. Lakin törədilən faciə, terror haqqında ilkin məlumat təqribən altı saatdan sonra (beş saat 47 dəqiqədən sonra) verilir. Ağdam, Xankəndi və Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu…

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan (sabit sürətlə uçmayan) Mİ-8, N-72 vertolyot noyabr ayının 20-də (1991- ci il) saat 14.42-dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19.55 dəqiqədə çatır.

Lakin Xankəndindən erməni dilində yayımlanan “Vətən və Vətəndaş” verilişinin xəbərlər bölümündə, bu faciə haqqında xəbər saat 15.30- dəqiqədə yayımlanmışdı. Həmin fasiyənin Yerevan radiosu saat 16.15 dəqiqədə həmin xəbərin “qəza” kimi şərhini verir. Saat 16.40 dəqiqədə Tehran (İran) radiosu, 17.00-da Moskva (RF) radiosu… bu xəbəri açıqlayır.

Haşiyə: Mİ-8, N-72 hvertolyotun yük tutumu 4 tondur. Uçuş sürəti saatda 250 km, uzaq uçuşu 465km-dir, 40-45 nəfər (80-90 kiloqram çəkidə) sərnişin götürə bilər.

İşi aparan prokurorun anası erməni idi

Xankəndindəki rus qarnizonunun hərbi prokuroru, polkovnik (bu cinayət işindən sonra ona polkovnik rütbəsi verdilər) İ.Lazutkin 248-ci maddə ilə (RFCM) (“Uçuşun düzgün idarə olunmaması və insan tələfatı”) cinayət işi açır. Polkovnik İ.Lazutkinin (anası Emiliya Arustamovna Baqdasaryan. Axalkalakidə anadan olub. İ.Lazutkin özü də 1989-cu ilədək Cavaxetiyada işləyib) cənablarının ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən, heç bir şey anlamaq olmur. 1991-ci ilin noyabr ayının 24-də Yerevan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutkin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı “…ermənilər göstərib…” (?). Polkovnik bu cinayəti – terror aktını adi bir qəza kimi qələmə verəcək, onu soyuqqanlıqla şərh edirdi…

“Qara qutu” Bəs o hanı?

Vertolyotun “qara qutusu”na gəlincə, onu da birinci olaraq əlinə keçirən polkovnik oldu. Qutuya toxunmaq qadağan edildi. Belə bir məlumat da yayıldı ki, “qara qutu” “istidən” və “yanıqdan”, “partlayışdan” (onun sözləridir)… sıradan çıxıb, əriyib (?). “Qara qutu”nun oxunması məsələsini ancaq Moskvada aşkarlamaq mümkündür. Mütəxəssislərimiz yaxma buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi. Digər tərəfdən, prokuror İ.Lazutkin hamını aldadırdı. “Qara qutu” salamat idi. Onun əzilməsi, sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi (?).

Araşdırmalarımıza görə, Mİ-8, N-72 hərbi vertolyotuna Amerika istehsalı olan və fundamentalist qruplar, eləcə də islam terrorçuları arasında geniş yayılmış, həmişə təhlükə doğura biləcək “Barret M81-A1” və “Barret M82-A1” silahından atəş açılıb. (Bu silahın tərkibində birləşmiş uran izotonu – “V-238” var).

Haşiyə: ABŞ-da istehsal olunmuş 50 kalibrli snayperli, tərkibində nüvə olan bu silahla 2 km məsafədə uçan təyyarələri, vertolyotları, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir.

Həmçinin, tədqiqatlarımızdan bunu da əldə etdik ki, bu silahlardan terror təşkilatları da alıb. Bunu İssam Əl-Ridi adlı silah alverçisi də təsdiq edib, 6 min dollar təşkil edib. İssam Əl-Ridiyə gəlincə, o, “Sakina sekyuriti servis” (London) təşkilatının üzvlərindən olan Safur Alamzaryanla həmişə İssam Əl-Ridi Misirdə doğulub. 1994-cü ildə ABŞ vətəndaşlığını alıb. Buna qədər isə Misirdə “gənc terrorçu kursu”nu keçib (?).

Haşiyə: Əldə olunmuş məlumatlardan biri də budur ki, “Barrit M81- A1 və M82-A1” silahlarının 25 ədədi bu gün ABŞ-ın müxtəlif ştatlarındakı islamçı-terrorçu qruplarındadır və bu silahla ola bilsin, yeni terror aktları törədilsin, təyyarələr vurulsun (?). Əlamətinə görə, bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Və bu yanğının dalğa zərbəsindən obyektin – yəni, tutalım, təyyarənin qalıqlarını 500-600 metr özündən, kənara atır.

Barret M81-A1 – silahı ilə vurulmuş vertolyotla, tutalım, DQ üzərində vurulmuş (1996) və 17 İran diplomatının ölümü ilə nəticələnmiş “Herkules” təyyarəsini müqayisə edərkən qəribə bir mənzərə yaranır. Ekspertlər göstərirlər ki, “Herkules” təyyarəsinə atılan güllədən sonra güclü yanğın baş verib. Təyyarənin hissələri 500-600 metr kənara sıçrayıb. Adamlar tanınmaz dərəcədə yanıb kül olublar. Mİ-8 N-72 vertolyot göydə deyil, yerə endirildikdən sonra vurulub, yandırılıb.

Vertolyotda öncə atışma olub

1991-ci ilin noyabr ayının 20-də saat 13.48 dəqiqədə havaya qalxan Mİ-8 N-72 vertolyotunda yanğından qabaq atışma olub. Və bunu ehtimal edək ki, ilk atəşi vertolyotu saxta sənədlərlə idarə edən Gennadi Vladimiroviç Dolqov açıb. Çünki yanıb dağılmış vertolyotun hissələrində içəridən açılan güllələrin diametri, açıq yerləri var (İstintaq sənədlərində bu, aydın görünür)… Vertolyot Qarakəndə yerə endirilib… Malik Paşayan və Safur Alamzaryanın “ASALA” qrupu məhz bundan sonra sərnişinləri tərksilah ediblər (silahların, diplomatların, sənədlərin itməsi, ayaqqabıların cütlənməsi, plastmas su qablarının səliqə ilə qoyulması səbəbləri və s. məsələlər hələ araşdırılmayıb). Nəticədə Mİ-8 N-72 hərbi vertolyotu 1991-ci ilin noyabr ayının 20-də saat 14.42 dəqiqədə “Barret M81-A1” silahı ilə vurulur və bu zaman güclü nüvə yanğını baş verir.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: