“Təhsilimizə bir nəzər…”ESSE..-Şair Allahşükür AĞA yazır…

Təhsilimizə bir nəzər

Esse

Kurikulum sistemi və “Diaqnostik qiymətləndirmə” Azərbaycan təhsilinə nə
verdi? Məncə, şagirdlərdə hədsiz yüklənmə və özünəqapanma, müəllimlərdə isə ruh düşkünlüyi, özünə inamın azalması və s. kimi problemlər yaratdı. Bu da təhsildə keyfiyyətin aşağı düşməsi deməkdir.

Diaqnostik qiymətləndirmə ve Kurikulum sistemi bir-biriylə sıx bağlıdır. Əgər bu gün orta məktəb dərslikləri kurikulum sistemi ilə tədris olunursa, müəllimlərin dərs bölgüsü zamanı nə üçün əsas ixtisas götürüldü? Kurikulum sistemi niyə gərəksiz əşya kimi bir kənara atıldı? Absurd deyilmi ?
Bu, müəllimləri nüfuzdan salmaq və illərlə çəkdiyi əzablara xəyanət deyilmi?

Və yaxud kurikuluma keçdiymiz bu 10 il müddətində təhsilmizdə hansı əsaslı inkişafa nail ola bildik?

Əksinə – şagirdlərdə intellektin azalmasına, nitq vərdişlərinin zəif olmasına gətirib çıxartdı.
Kurikulum bir metod kimi o zaman bəhrə verərdi ki, orta məktəblərimiz lazimi avadanlıqlarla təmin olunardı, müəllimlərin diaqnostika balı ilə sıxışdırılmasına deyil, müstəqil şəkildə və heç bir təsir olmadan dərs keçməsinə şərait yaradılardı. Bu zaman keyfiyyətdən danışmağa dəyərdi.

İnanıram ki, təhsil nazirimiz də cənab prezidentimiz İlham Əliyevin təhsil sahəsində gördüyü işlərə diqqət yetirib, təhsilimizin daha dayanıqlı və möhkəm olması üçün əlindən gələni əsirgəməyəcəkdir. Əgər əksinə olsa, cəmiyyətimizin sabahı uçuruma gedəcək! Əbəs yerə deyilməyib ki, ”Bir millətin gələcəyi onun təhsilindən asılıdır”.

Allahşükür Ağa, 
müəllim-şair.

 

Müstəqil.Az

Share: