Sabiq baş nazir və qızına hava limanında ŞOK

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif və qızı Məryəm Lahor hava limanında saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İngiltərədən Əbu-Dabiyə, oradan isə Lahora gələn baş nazir və qızı təyyarədən enən kimi saxlanılıb.

Onların xüsusi bir təyyarə ilə paytaxt İslamabada aparıldığı bildirilir.

Qeyd edək ki, sabiq baş nazir korrupsiyada ittiham olunaraq 10 il, qızı isə 7 il həbs cəzasına məhkum edilib. Ata və qızına ailənin Londonda aldığı 4 evin satın alınması ilə əlaqədar korrupsiya ittihamı irəli sürülüb.

Londonda olan Şərif dünən ölkəyə qayıtmaq qərarı vermişdi.

Share: