“Təcrübəmiz sabah bizə kömək edəcək” — Marko Veşoviç

“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda sabah səfərdə “Frayburq”un qonağı olacaq.

 “Qafqazinfo” xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin sağ cinah müdafiəçisi Marko Veşoviç açıqlama verib:

 – Sabahkı oyunu böyük həvəslə gözləyirik, matça hazırıq. Bilirik ki, “Frayburq” hazırda Bundeliqanın lideridir. Oyunlarını izləyib təhlil etmişik. Bizim təcrübəmiz var. Artıq bu mövsüm Avropada 8 matç oynamışıq. Təcrübəmiz sabah bizə kömək edəcək. Oyunun başlamasını gözləyirik. 

 – Komandada psixoloji ab-hava necədir?

– Psixoloji cəhətdən hazırıq. Bilir ki, “Frayburq” Avropanın TOP-5 liqalarından birinin lideridir. Bizə artıq motivasiya lazım deyil. Oyuna hazırıq. 


Share: