Əfqanıstanda qadın mədəniyyət mərkəzində çaxnaşma düşdü: Doqquz nəfər həlak oldu

Əfqanıstanın Herat şəhərində qadınların istifadəsində olan mədəniyyət mərkəzində doqquz nəfərin ölümü ilə nəticələnən insident yaşanıb.

Belə ki, mərkəzin ibadət zalında namaz qılınan vaxt orada olan şəxslərdən birinin özünü şübhəli aparması qadınlar arasında çaxnaşmaya səbəb olub.

Binanı tərk etməyə başlayan zaman isə baş verən basırıqda onlarla qadın xəsarət alıb.

Hadisə yerinə gələn Əfqanıstanın güc strukturları mədəniyyət mərkəzində şübhəli heç bir məqama rast gəlməyib. 

Mənbə: 8am.af

Share: