Şvartseneggerin haqqında sənədli serialın ilk treyleri yayımlandı

Netflix Arnold Şvartseneggerin haqqında sənədli serialın ilk rəsmi treylerini yayımlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, layihə aktyor və bodibilder Arnold Şvartseneggerin həyatından bəhs edəcək. Serialda onun aktyorluq karyerası, idmana olan həvəsi, həmçinin ABŞ-ın Kaliforniya ştatının qubernatorluğu vəzifəsindən danışılacaq.

Serialın ilk treylerində ulduzun həyat xronikasından bir neçə arxiv kadrlarını göstərilib.

Serialın premyerası isə Netflix-də iyunun 7-də olacaq.

Share: