“Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı fotostend və kitab sərgisi

Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı fotostend hazırlanıb. Stenddə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Baş naziri Ə.Əsədovun Sərəncamı, İslam  dünyası mədəniyyət nazirlərinin 12-ci konfransında İCESCO-nun mədəniyyətimizin beşiyi sayılan Şuşanın “2024-cü il üzrə İslam dünyasının  mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı məlumatlar yerləşdirilmişdir.

Fotostenddə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şuşa haqqında söylədikləri kəlamlar, Şuşa şəhərinin qədim tarixi abidələrinin, məscidlərinin və bir sıra görkəmli şəxsiyyətlərinin fotoşəkilləri nümayiş olunur.

Mərkəzi Kitabxanada və kitabxana filiallarında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı kitab sərgiləri də təşkil olunub. Sərgilərdə Şuşaya həsr olunmuş, “Şuşa uşaq ensiklopediyası”, “Xursidbanu Natəvan – 190”, Bəhram Bağırzadənin ”Şuşa”, “Bizim Bülbül – dünyanın Bülbülüdür”, “Şuşa Pənahabad”, Elçin Əhmədovun “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, Solmaz Amanovanın “Şuşanın sehirli açarları”, ”Şuşa Azərbaycanın mədəniyyət paytaxtı” adlı fotoalbom və.s kitablar yer alıb.

Share: