Sumqayıtda ev yandı…

Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə Müstəqil.az bildirir ki, şəhərdə ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə və divar kağızı 4 kv.m sahədə yanıb.

 

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müstəqil.Az

Share: