Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev reanimasiya şöbəsindən cərrahiyyə şöbəsinə köçürülüb:

“Vəziyyəti stabildir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılıb. 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.

1985-ci il təvəllüdlü Serkan Karakaş, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev və 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə xəstəxanaya yerləşdirilib. 

Vəziyyəti ağır olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Serkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb

İlhamə Əbülfət

Share: