Sumqayıtda 2 yaşlı uşaq özünü yandırdı…

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

Şəhərin 4-cü mikrorayon, ev 25/6A , mənzil 37 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məmmədov Əmir Elmir oğlunun üzərinə qaynar su dağılıb.

Hadisə uşağın mətbəxdə nəzarətsiz qaldığı vaxtda baş verib. Azyaşlının üzərinə dağılan qaynar su onun bədəninin müxtəlif nahiyələrinin yanması ilə nəticələnib. 2 yaşlı uşaq dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 2 yaşlı Əmir Məmmədovun vəziyyəti qənaətbəxşdir və tam nəzarət altında müalicəsini davam etdirir. (report)

Share: