Sumaq haqqında

Sumaq ağacının mərciyə oxşayan qırmızı meyvəsindən hazırlanan sumaq, yeməklərə dad və rəng qatan bir ədviyyat növüdür. Uzunluğu 3 metrə qədər olan kol növündə ağacdan toplanan sumaq meyvələri uyğun üsullarla qurudulur və süfrə duzu ilə qarışdırılıb üyüdərək sumaq ədviyyatı əldə edilir. Sumaq ədviyyatı, kəklikotu, istiot və muskat qozu ilə oxşar bir istifadə şəklinə malikdir.

Sumaq harada istifadə olunur?

Turş dadı və qırmızı rəngiylə yeməklərə ləzzət və gözəl görünüş qazandıran sumaq, turşuluğunu saxlayan  bütün yeməklərdə istifadə edilir. Şorba, salat, duru yemək, soba yeməyi, kabab, küftə, dolma və piroqlarda sumaq istifadə edilə bilər. Ədviyyat olaraq istifadə edilməsiylə yanaşı, tibb və boya sənayesi sahələrində də istifadə edilən sumaq, həmçinin doşab, çay və digər içkilərin istehsalında da istifadə edilir.

Sumağın faydaları nələrdir?

  •  İştahı açır.

  •  İshal və qəbizlik kimi problemləri tarazlaşdırır

  •  Qandakı şəkər nisbətini aşağı salır.

  •  Sidik qaçırma xəstəliyində faydalıdır.

  •  Güclü bir antioksidant təsirə malikdir.

  •  Dənə Sumaq çayı dəm alaraq yalnız suyunu içdikdə zəhərlənmələrdə faydalıdır.

  •  Damarları büzmə təsiri ilə qanaxmalarda faydalıdır.

  •  Sumaq qarqarası  boğaz və ağız sağlamlığını qorumaqda effektlidir.

  •  Keşniş ilə qarışdırılaraq yedikdə hemoroidə yaxşı təsir edir.

  •  Xora və qastrit kimi mədə narahatçılıqlarına qarşı həkim nəzarətində istifadə edilməsi məsləhətdir

Sumağın zərərləri nələrdir?

Dünyad 150-dən çox növü olan sumaq bəzi növlərini təsadüfi toplamaq zəhərlənməyə səbəb ola bilər. Bu səbəblə sumaq yalnız mütəxəssis şəxslər tərəfindən toplanmalıdır. Yüksək təzyiq xəstələri həddindən artıq istifadə etdikdə ciddi qəbizlik problemləri yaratdığı üçün tövsiyyə edilmir.

Sumaq necə saxlanmalıdır?

Günümüzdə küncüt, xaşxaş, kəklikotu kimi hər marketdə və bazarlarda rahatlıqla tapılan sumaq ədviyyatı, hava almayan sıx bağlanmış qablarda istilik və işıqdan uzaq tutularaq saxlandıqda daha uzun ömürlü olur. Sumaq ədviyyatının köhnəldiyini qoxulayaraq başa düşmək mümkündür. Əgər heç ətir qoxusu gəlmirsə ədviyyat nəmlənib və ya köhnəlib.

Share: