30 dəqiqəyə hazırlanan bananlı konfet

Adi günlərdə və ya bayram süfrələri üçün cəmi 30 dəqiqəyə çox dadlı və faydalı bananlı konfet hazırlaya bilərsiniz:

Tərkibi:

  • 100 qr “Yubileynoye” peçenye

  • 0,5 ədəd banan

  • 4 xörək qaşığı qatılaşdırılmış süd

  • 70 ml qaymaq (33%)

  • 100 qr tünd şokolad

  • 30 qr kərə yağı

  • 50 qr qoz

Hazırlanma qaydası:

Peçenyeləri blenderdə toz halına gətirin.

Bananı çəngəllə əzin.

Əzilmiş bananı və toz halına gəlmiş peçenyeni qarışdırın. Üzərinə qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın.

Hazırladığınız kütlədən konfetlər yuvarlayın və 30 dəqiqəlik soyuducuya yerləşdirin.

Şokolad və qaymağı qaba tökün və  30-45 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin.

Sobadan götürün və tel çırpıcıyla və ya çəngəllə qarışdırın. Üzərinə kərə yağı əlavə edib yenə qarışdırın.

Soyuducudan konfetləri çıxarın və şokoladlı qlazura batırın. Konfetlər soyuq olmalıdır, qlazur 27-30 °C. Konfetləri boşqaba qoyun,üstündə çəngəllə şəkil verin.

Üzərinə qoz səpin və qatılaşdırılmış südlə bəzəyin.

Nuş olsun!

Share: