Şoyqu Qərbin Ukraynaya verdiyi silahların sayını açıqlayıb

Rusiya müdafiə naziri Sergey Şoyqu Qərbin Ukraynaya verdiyi silahların sayını açıqlayıb.

-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin kollegiyasında çıxış edən Şoyqu Qərbin indiyə kimi Kiyevə 5220 tank, piyada döyüş maşını və zirehli personal daşıyıcısı, 28 təyyarə, 87 helikopter, 23 min PUA, 1300-dən çox artilleriya sistemi verdiyini söyləyib.

Rusiya MN başçısı Ukraynanın əks-hücum zamanı 159 min canlı qüvvəsini itirdiyini də qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat başlayandan itkiləri 383 min nəfər olub.

Şoyqu bildirib ki Azov dənizi Rusiyanın daxili dənizinə və Ukrayna faktiki olaraq müflis ölkəyə çevrilib.

Share: