Qəzza zolağında HAMAS-ın xəzinədarı öldürülüb

Qəzza zolağında HAMAS-ın xəzinədarı öldürülüb.

xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, İDF və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet və ya Şabak) birgə əməliyyatları nəticəsində, son illərdə qardaşı ilə birgə terroru maliyyələşdirmək üçün HAMAS-a böyük vəsaitlərin göndərilməsində məsul olan Sübhi əl-Fərvan Qəzza zolağının cənubunda döyüş təyyarəsinin zərbəsi ilə öldürülüb.

Qeyd olunub ki, onun vasitəsilə həyata keçirilən əməliyyatların dövriyyə həcmi on milyonlarla dollar təşkil edib.

Share: