Soros illərdir “lazımi xəbərlərə” görə dünya mediasına pul ödəyir

Corc Soros illərdir ki, Qərb mediasındakı lazımi xəbərlərə görə pul ödəyir.

“Fox News” telekanalı “MRC Business”in araşdırmasına istinadən xəbər verir ki, ABŞ-ın ən nüfuzlu adamlarından biri olan milyarder uzun illər ərzində CNN, NBC, CBS, “Bloomberg” , NPR və “Washington Post” kimi 54 nüfuzlu media orqanında çalışan aparıcı jurnalistlərə maddi dəstək göstərir.

Məxfilikdən çıxarılan məlumatlara görə, hazırda Sorosun 253 media orqanında dünyadakı hadisələri istədiyi şəkildə işıqlandırılması üçün ən azı 131 milyon dollar xərclədiyi məlumdur.

Onun vəsaiti reportyor və teleaparıcılardan tutmuş, redaktor və rəhbərliyə qədər hər kəsə çatıb. “Xidmətlərin” ödənişi onun maliyyələşdirdiyi qruplar vasitəsilə həyata keçirilib.

Mənbə: tsargrad.tv

Share: