Slovakiya MiQ-29 qırıcılarını Ukraynaya təhvil verəcək

Slovakiya hakimiyyəti öz MiQ-29 qırıcılarını Ukraynaya verək niyyətindədir.

Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Məlumata görə, təyyarələr bu il avqustun sonuna kimi istismardan çıxarılmalıdır. Nazir Ukraynaya göndərilən qırıcıların dəqiq sayını açıqlamasa da, Bratislavanın 11 ədəd MiQ-29-a malik olması məlumdur.

Döyüş təyyarələri Kiyevə təhvil verildikdən sonra Slovakiyanın hava məkanı, ehtimal ki, Çexiya və Polşa təyyarələri tərəfindən qorunacaq.

Mənbə: kp.ru

Share: