Türkiyə Silahlı Qüvvələrində ilk qadın general

Türkiyə Silahlı Qüvvələri tarixində ilk qadın generalı qeydə alınıb.

Türkiyənin Rəsmi Qəzetinin avqustun 13-də verdiyi xəbərə görə, bu, Jandarma Baş Komandanlığının rəhbəri, daha əvvəl baş polkovnik rütbəsi daşıyan Özlem Yılmazdır.

İndi o, Türkiyə Jandarma və Sahil Mühafizəsi Akademiyasının vitse-prezidenti vəzifəsini yerinə yetirəcək.

Yılmazın öncəki vəzifəsini isə general Arif Çətin icra edəcək.

Share: