Sınaq imtahanının cavabları açıqlandı

Fevralın 13-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Qeyd olunur ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Müstəqil.Az

Share: