Şimali Koreyada raket bayramı təsis edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti noyabrın 18-də qeyd olunacaq Raket Sənayesi Gününü təsis edib.

Belə ki, 2022-ci ilin məhz bu günü “Hvasonq-17” qitələrarası ballistik raketi buraxılıb.

Bildirilir ki, Ali Xalq Məclisinin Rəyasət Heyəti “KXDR Raket Sənayesi Gününün təsis edilməsi haqqında” fərmanı nəzərdən keçirib və yekdilliklə qəbul edib.

Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, “Hvasonq-17” normal trayektoriya ilə buraxıldıqda 15 min km-dən çox uça və kontinental ABŞ-a çata bilər.

Mənbə: TASS

Share: