Şimal yarımkürəsində buğda məhsuldarlığı dünya üzrə buğdanın qiymətini aşağı salıb

Buğdanın qiyməti 2008-ci ildən bəri ilk dəfə olaraq artıq dördüncü rübdür ki, ucuzlaşır.

Bu barədə Çikaqo Birjasının (CBOE) məlumatlarında qeyd edilib.

Qara dəniz regionundan taxılın ixracı ilə bağlı gərginliyə baxmayaraq, Şimal yarımkürəsində məhsuldarlıq sayəsində dünya üzrə təchizat səviyyəsi yüksək olaraq qalır.

“Dünya Ukraynadakı hadisələrə baxmayaraq ehtiyacı olanlara taxıl çatdırmağın yollarını tapıb”, – deyə “ANZ”-nin analitiki Maykl Uaythed bildirib.

Rusiya təhlükəsiz taxıl ixracı haqqında sazişdən çıxdıqdan sonra Ukrayna Dunay vasitəsilə digər marşrutlardan istifadə etməyə başlayıb və Qara dəniz vasitəsilə daşımaları bərpa edib. Həmçinin dəhlizin bərpasının mümkün olub-olmayacağının hələ aydın olmadığı bildirilir.

Mənbə: “Bloomberg” İnformasiya Agentliyi

Share: