ABŞ-də növbəti kütləvi qarət – VİDEO

Onlarla maskalı şəxs Filadelfiyadakı “Apple” mağazasını qarət edib.

Kadrlarda qarətçilərin “Apple Store” mağazasına necə girdikləri və vitrinlərdə olan az qala bütün məhsulları cəmi bir dəqiqə ərzində necə oğurladıqları görünür.

Qeyd edək ki, bu yaxınlarda Filadelfiyada bütöv bir soyğunçuluq fləşmobu baş tutub. Artıq azı 52 nəfər həbs edilib, daha 30 nəfər oğurluq və digər cinayətlərdə ittiham olunub.

Mənbə: news.ru

Share: