Seymur Həzi azadlığa buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.

Müstəqil.Az  xəbər verir ki, bu haqda keçmiş siyası məhbusun mübarizə yoldaşı və qaynatası Tofiq Yaqublu özünün feysbuk səhifəsuində məlumat yayıb. T.Yaqublu onu da qeyd edib ki, S.Həzinin qarşılanma məqamı keçirilməsin deyə, onu iş saatı başlamazdan 1 saat öncə, saat 7-də həbsxanadan buraxıblar.

Xatırladaq ki, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Müstəqil.Az

 

 

Share: