Bu gün Əlibala Hacızadənin doğum günüdür…

Müstəqil.Az xəbər veri ki, bu gün milyonların sevimlisi olan, əsərləri dəfələrlə, yüz minlələ nəşr edilən  görkəmli yazıçı Əlibala Hacızadənin anadan olduğu gündür.

O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin Fars dili şöbəsində təhsil almışdır.

Ədibin “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin çap etdirdiyi “Gəncliyin səsi” almanaxında dərc olunmuş, bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının sanki qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırmışdır. 1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.
Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Ə.Hacızadə həmçinin, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.
Yazıçıya şöhrət gətirən əsər isə “İtkin gəlin” trilogiyasıdır. “İtkin gəlin” əsərindən başqa bu trilogiyaya “Əfsanəsiz illər” və “Ayrılığın sonu yoxmuş” romanları da daxildir. Bu əsər ötən əsrin 80-ci illərində oxucular arasında geniş yayılmış, 1993-1994-cü illərdə romanın əsasında ilk Azərbaycan serialı sayılan və 12 seriyadan ibarət “İtkin gəlin” serialı ekranlaşdırılmışdır.
Əlibala Hacızadə həm də yüksək insani keyfiyyətə malik şəxsiyyət idi. Allah rəhmət eləsin!

Leyla Faiqqızı

Fotoğraf açıklaması yok.
Fotoğraf açıklaması yok.
Fotoğraf açıklaması yok.
Share: