Serxio Aquero Kinqs Liqanın ən yaxşı oyunçusu seçilib – FOTO

Serxio Aquero Kinqs Liqanın 3-cü turunun ən yaxşı oyunçusu olub.

O, “Kunispor”un heyətində bu ada layiq görülüb. 3-cü turda hücumçu komandada debüt edib və qol vurub.

4-cü turun matçından əvvəl liqa Agueroya mükafatı təqdim edib.

Qeyd edək ki, Kinqs Liqa İspaniyada şou-biznes və keçmişin futbol ulduzlarından ibarət komandaların iştirakı ilə təşkil olunub.

Mənbə: sports.ru

Share: