Pelosinin qızı anasının “cin çıxarmaq” üçün keşişlərə müraciət etməsindən danışdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi ərinə sui-qəsddən sonra keşişləri San-Fransiskodakı evinə “cin çıxarma” mərasiminə dəvət edib.

Bu barədə onun qızı Aleksandra Pelosi “The New York Times” qəzetinə məlumat verib.

“Şükran Günündə evdən şeytan çıxaran və dualar oxuyan keşişlər onun yanına gəlib”, – deyən eks-spikerin qızı, baş verənlərdən sonra siyasətçinin özünü günahkar hiss etdiyini və bu h adisənin “onu sındırdığını” söyləyib.

Nensi Pelosi özü ərinin hücuma məruz qalacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, insidentdən sonra onun normal həyata qayıtması üçün üç-dörd ay lazım olacaq.

Hadisə 2022-ci il oktyabrın 28-də səhər saatlarında baş verib. Hücumda ittiham olunan David DePape Pelosinin San-Fransiskodakı evinə girərək onun ərinə çəkiclə hücum edib. Siyasətçi həmin vaxt evdə olmayıb.

 

Share: