Serbiya xüsusi təyinatlılarının sayını üç dəfə artırır

Serbiya ordusunun xüsusi təyinatlılarının sayı üç dəfə artırılacaq.

Bunu Prezident Aleksandar Vuçiç bildirib.

“2023-cü ilin əsas vəzifəsi Serbiya ordusunun xüsusi bölmələrinin 1,6 min döyüşçüsü sayının 5 minə çatdırılması olacaq”, – deyə Serbiya lideri vurğulayıb.

Onun sözlərinə görə, komandoların məvacibləri “çox böyük olacaq”. Xüsusilə, əsas əmək haqqı iki min avrodan çox olacaq, gecə növbələri və vəzifə üçün əlavə ödənişlər də təmin ediləcək.

Qeyd edək ki, müvafiq qərar tanınmamış Kosovoda vəziyyətin gərginləşməsi fonunda verilib.

Mənbə: lenta.ru

Share: