Polşa daha 116 Abrams tankı aldı

Polşa ABŞ-dən daha 116 Abrams tankı alıb.

Bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli müdafiə naziri Mariuş Blaşçak Polşa ordusu üçün 116 M1A1 Abrams tankının tədarükü üçün müqaviləni təsdiqləyib. Tanklar Polşa Respublikasının silahlı qüvvələrinin tələblərinə uyğunlaşdırılacaq”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, polşalılar tanklarla birlikdə ehtiyat hissələri, istehlak materialları, silah və diaqnostika avadanlıqlarının təmiri üçün səyyar konteyner emalatxanaları alacaqlar.

Bundan əlavə, Amerika tərəfi təlimatçılar, döyüş maşını ekipajları və texniki heyətə təlim keçəcək.

Bundan əvvəl NATO-nun Polşaya Abrams tankları da daxil olmaqla 700 ədəd texnika ötürdüyü bildirilirdi. Avadanlıq dəniz yolu ilə ölkəyə gətirilib və Qdinya limanında boşaldılıb.

Mənbə: gazeta.ru

Share: