“Şamaxıdakı Foruma gedənlərin əksəriyyəti ikinci, üçüncü dərəcəli qrafomanlardır”

Xəbər verdiyimiz kimi, ölkəmizdə ilk dəfə “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilir.

Forumla bağlı yazıçı, şair Rasim Qaraca Kulis.az-a danışıb.

Yazıçı bildirib ki, sözügedən Foruma dəvət almayıb.

“Ədəbiyyat sahəsində ciddi dəyişikliyin olması üçün ədəbiyyat idarəçiliyində sovet modelindən imtina edilməlidir. İlk növbədə, Yazıçılar Birliyi ləğv olunmalıdır. Bunların olacağına inanmıram. Ona görə də düşünürəm ki, bu cür forumların heç bir nəticəsi olmayacaq. Foruma gedən “ədəbiyyat adamlarının” şəkillərini gördüm. Əksəriyyəti ikinci, üçüncü dərəcəli qrafomanlardır. Belələrinin yazıçı kimi görünməyi üçün bu forum yaxşı fürsətdir”.

Share: